Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119294
az

İsrailin Danimarkadakı səfirliyi yaxınlığında partlayış: 3 isveçli saxlanılıb

18:5302 Oktyabr, 2024
93
DÜNYA
  • A

Danimarkanın paytaxtı Kopenhagendə İsrail səfirliyi yaxınlığında törədilən iki partlayışdan sonra üç isveçli saxlanılıb.

Oxu24.com xəbər verir  ki, Kopenhagen polisinin sözçüsü Yens Jespersen verdiyi açıqlamada İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında yerli vaxtla saat 03.30 radələrində iki partlayışın baş verdiyini açıqlayıb.

Jespersen, tapıntıların partlayışların əl qumbaraları ilə törədildiyini göstərdiyini və hədəfin Kopenhagendəki İsrail səfirliyi olub-olmadığını hələ bilmədiklərini qeyd edib.

Partlayışın baş verdiyi ərazidə başqa səfirlik binalarının da olduğunu bildirən Jespersen, 15-20 yaşlarında 3 isveçlinin nəzarətə alındığını və şübhəlilər haqqında "qanunsuz silah saxlamaq" kimi ittihamların irəli sürüləcəyini qeyd edib.

Danimarkanın ədliyyə naziri Peter Hummelgaard hadisənin ciddi olduğunu bildirərək, "Ancaq səbəblə bağlı şərh vermək hələ tezdir" deyib.

Polis hadisə nəticəsində ölən və yaralanan olmadığını bildirib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO