Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119291
az

SOS! Ucarda azyaşlı ruhi-əsəb xəstəsi ilə eyni evdə təhlükədə qalıb - ŞİKAYƏT

15:0802 Oktyabr, 2024
482
ÖZƏL BÖLÜM
  • A

Övladını görə bilməyən ata media vasitəsi ilə kömək istəyib.

Bakı şəhər sakini İsmayılov Eyvaz  həyat yoldaşından boşandıqdan sonra  övladı ilə görüşə bilmədiyini və övladının hazırda təhlükədə olması barədə mətbuat vasitəsi ilə aidiyyatı qurumlara müraciət edib.

Oxu24.com xəbər verir  ki, CityPost.az saytına danışan Eyvaz İsmayılov bildirib ki, həyat yoldaşı Səfurə Qasımova ilə rəsmən boşandıqdan sonra azyaşlı övladı ilə vaxtında  görüşə bilmir.

“Övladım Elçin İsmayılov 6 yaşındadır. Özü də qüsurlu uşaqdır. Bu günün özündə danışa bilmir. Yoldaşımla boşandıqdan sonra məhkəmə həftədə 5 saat görüş təyin edib. Uşaq Ucar rayonu,Qarabörk kəndində anası ilə birlikdə yaşayır.  Mən isə  Bakı şəhəri,Yasamal rayonunda  yaşayıram. Bu səbəbdən də mənim uşağımla normal şəkildə  görüşməyim  süni  əngəllərlə  məhdudlaşdırılır. Bununla bağlı  Yasamal Rayon İcra Hakimiyyəti  Başçısı yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasınına müraciət etmişəm.  Onların   saxta   faktlara   əsaslanan  qərarına  etiraz  etdiyimi  və  daha yüksək qurumlara  onlardan şikayət etdiyim üçün təyziqlərə məruz qalmışam. Komissiyanın  sədri  Təravət  Muradova  və  oranın  əməkdaşı  Elçin Əhmədov şikayət etdiyim  üçün  məni  ölümlə  hədələyirlər. Bu qanunsuz əməllərlə bağlı Yasamal  Rayon Prokurorluğuna şikayət  də  etmişəm”,- deyə  şikayətçi  bildirib.

Eyvaz İsmayılov  bildirib ki, 6 yaşlı  övladının  həyatı  hər  an təhlükədədir. 

O,hazırda ruhi xəstə olan  dayısı  Qasımov  Abbas Füzuli  oğlu ilə Ucar rayonunun Qarabörk kəndində bir evdə yaşayır. Azyaşlı övladının ruhi əsəb xəstəsi ilə bir evdə yaşaması atanı narahat edir. Bu səbəbdən də övladının yaşayış yerinin dəyişdirilməsini tələb edir.

“ Keçmiş  qaynım  Abbas  Qasımov  ruhi əsəb   xəstəsidir. Arayışa görə  O, 29 sentyabr  2007-ci il tarixdən  “Orta dərəcəli əqli gerilik” diaqnozu  ilə  Ucar Rayon Mərkəzi Xəstəxanasında ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyata alınıb. Mütəmadi olaraq  24.04.2020-ci ildən  26.10.2021-ci il tarixə qədər xəstəxanadan pulsuz dərmanlar alıb. İstifadə etdiyi dərmanlar arasında Amitriptilin,Tezersin,Xlonozepam,Leponeks,Trftazin və Cucladol var. Bu qədər ağır  dərmanlar  hesabına  idarə olunmağa  çalışan ruhi-əsəb  xəstəsi ilə mənim azyaşlı və qüsurlu övladım necə yaşaya bilər?

 Bununla bağlı Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına faktları təqdim etsəm də hansısa maraqları hesabına bu faktları rəyə daxil etməyiblər.  Mən buradan övladımın təhlükədə olması barədə aidiyyatı qurumlara müraciət edirəm.Mövcud təhlükə barədə əvvəlcədən xəbərdarlıq edirəm”,-deyə  Eyvaz   İsmayılov  bildirib.

 

 

Eyvaz İsmayılov bildirib ki, övladının bu  gün təhlükədə olmasına  səbəb  Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Təravət Muradova,əməkdaş Elçin Əhmədov və Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Aida Qəhrəmanova və komissiya üzvü Xəyyam Səmədzadədir. Məlumat üçün qeyd edək ki, şikayət edən şəxsin övladı faktiki olaraq Ucar rayonu,Qarabörk kəndi ərazisində yaşayır. Qeydiyyat isə Yasamal rayonunda olduğu üçün yekun rəyi məhz Yasamal rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası verir.

CityPost.az məsələ ilə bağlı Yasamal  rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik  Komissiyası  ilə  əlaqə saxlayıb. Komissiyadan  şifahi verilən məlumata  görə  uşağın faktiki  yaşadığı ərazi  olan  Ucar rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən onlara rəy təqdim olunub. Həmin təqdim olunmuş rəy əsasında onlar da öz rəylərini tərtib  ediblər. 

 

 

CityPost.az məsələ ilə bağlı Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası ilə əlaqə saxlayıb. Komissiyanın katibi Xəyyam Səmədzadə saytımıza açıqlamasında bildirib ki, qeyd olunan məsələ ilə bağlı komissiya tərəfindən araşdırma aparılıb.

Müxbirimizin “Azyaşlı uşağın ruhi-əsəb xəstəsi ilə bir evdə yaşaması sizi bir vəzifəli şəxs kimi narahat etmirmi”, sualına o belə cavab verib: 

-“Biz dəfələrlə həmin evdə olmuşuq.Uşağın anası Səfurə Qasımovanın bildirdiyinə görə,o uşağı ilə birlikdə bibisi qızının evində yaşayır.Biz də tərtib etdiyimiz  aktda bu məlumatı  qeyd etmişik.”,-deyə o bildirib.

Uşağın ruhi əsəb xəstəsi ilə eyni evdə yaşadığını sübut edən video

CityPost.az  azyaşlı uşağın  harada qalması ilə bağlı müstəqil mənbələrə istinadən araşdırma aparıb.Məlum olub ki, Səfurə Qasımova azyaşlı övladı ilə həqiqətən də ata-anasının evində,ruhi-əsəb xəstəsi olan qardaşı ilə birlikdə yaşayır. Yalnız komissiya günləri olduqda müvəqqəti olaraq qohumunun evinə  köçür. Bununla bağlı saytımızın əməkdaşı video görüntülərin olduğu faktları əldə edib.Maraqlıdır ki, qeyd olunan faktlara  sədri Aidə Qəhrəmanova olan Ucar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası hansı maraqlara əsasən göz yumub?

CityPost.az məsələnin digər detallarını da araşdırır...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzaya uğrayan təyyarənin radar görüntüləri yayılıb
Meyiti tapılanda qolunda şpris qalıbmış - ŞOK DETAL
Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi