Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119287
az

"Sabah öz oyun tərzimizdən kənara çıxa bilərik" - Qurban Qurbanov

16:1302 Oktyabr, 2024
56
İDMAN
  • A

"Sabah çox vacib oyuna çıxacağıq".

Oxu24.com xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda İsveçin “Malmö” klubuna qarşı keçirəcəkləri II tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, özünəməxsus oyun üslubu olan komandaya qarşı mübarizə aparacaqlarını bildirib: "Azarkeşlərimizi sevindirmək istəyirik. Oyuna hazırlaşmağa vaxtımız az olub. Zədəli Mateus Silva bir neçə matçda komandaya kömək edə bilməyəcək. Marko Yankoviçlə bağlı qərarı isə sabah verəcəyik. Hələlik 60-65 dəqiqə oynamağa hazırdır".

Mütəxəssis "Malmö"nün böyük təcrübəyə malik olduğunu söyləyib: "Rəqibimiz İsveçin digər komandalarından fərqlənir. Ümumiyyətlə, skandinaviyalılar fiziki futbola daha çox üstünlük verirlər. Bəlkə sabah öz oyun tərzimizdən kənara çıxdıq. Avrokuboklarda mübarizə aparan hər bir komanda ciddi rəqibdir. Bu cür turnirlərdə gözlənilməz nəticələrə rast gəlmək olur".

Q.Qurbanov ötən mövsüm İsveçin "Yurqorden" komandasında çıxış etmiş Musa Qurbanlıdan "Malmö" barədə informasiya aldığını deyib: "Lakin Musanın sabah start heyətində meydana çıxıb-çıxmayacağını indidən deyə bilmərəm".

Baş məşqçi qapıçı seçimini də oyun günü edəcəyini vurğulayıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Malmö" oyunu saat 20:45-də başlayacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mahir Emrelinin komandası növbəti oyuna çıxır
“Qarabağ”ın sayəsində irəlilədik
Toral Bayramovun qolu ən yaxşı seçilə bilər- Video

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Kartof qabığı görün nəyə dərman imiş — Dəmləyib için!
Göyçayda 3 otaqlı ev yanıb