Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119271
az

Naftalanda oğurluq edərək Rusiyaya qaçan şəxs Azərbaycana gətirildi - FOTO

13:2602 Oktyabr, 2024
93
  • A

Naftalan şəhərində oğurluq edərək ölkə ərazisindən qaçan şəxs Rusiya Federasiyasında saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, İnterpol”un Milli Mərkəzi Bürosu və Naftalan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan Naftalan şəhər sakini Arif Vəliyev Rusiya Federasiyasında tutularaq Azərbaycana gətirilib.

Qeyd edilib ki, 2023-cü ilin sentyabr ayında Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus mənzilə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Elvin Əhmədli, Hikmət Məmişov və Arif Vəliyev bir araya gələrək E. Əhmədlinin yaxın qohumunun mənzilindən oğurluq etmələri barədə razılığa gəliblər. Mənzil sahibinin ad günüdə E. Əhmədli mənzilin açarını qeyri-qanuni yolla ələ keçirərək A. Vəliyevə verib və sonuncu mənzilə daxil olaraq oradan 60 min manat nağd pul, 20 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Cinayət hadisəsini törətdikdən sonra A. Vəliyev H. Məmişovla birlikdə əldə etdikləri puldan bir qədər götürüb qalan hissəsini isə qardaşı Rasiv Məmmədzadəyə verərək saxlamasını istəyib.

Faktla bağlı cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto
Bank kartından 5000 manat oğurladı,      saxlanıldı
Emin İbrahimovun    məhkəməsi     başladı

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto