2018-ci ildə Rusiya prezidenti Vladimir Putinin gəliri 8,65 milyon rubl təşkil edib.
Oxu24.com xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilən gəlirlərin deklarasiyasında bildirilir.
Rusiya prezidentinin mülkiyyətində iki mənzili (77 kvadrat metr və 153,7 kvadrat metr) və iki qarajı var. Dövlət başçısı QAZ-M2 və “Niva” avtomobillərinə sahibdir.
Rusiyanın baş naziri Dmitri Medvedevin gəliri isə Putinin qazancından 1,3 milyon rubl az olub.
Dmitri Medvedevin istifadəsində 47 sot torpaq sahəsi, mülkiyyətində isə sahəsi 367,8 kvadrat metr olan mənzil və iki avtomobil – QAZ-20 və QAZ-21 var.
Oxu24.com
ŞƏRHLƏR