Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119250
az

“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb

10:2802 Oktyabr, 2024
95
CƏMİYYƏT
  • A

“AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların qanunsuz yollarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Mütəmadi monitorinqlər nəticəsində surəti köçürülmüş IMEI kodlar aşkarlanaraq onlara “klon” statusu verilir. “Klon”laşdırılmış IMEI kodlarla istifadə olunan cihazlara məhdudiyyət tətbiq olunur.

Mübarizə tədbirləri çərçivəsində bu günədək 24 375 IMEI koda “klon” statusu verilərək bloklanıb. Həmin IMEI kodlar bloklanmamışdan əvvəlki 3 ayda 1 570 842    ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb.

Bloklanmış IMEI kodlarla bu günədək 1 157 111 dəfə şəbəkəyə qoşulma cəhdinə “AzInTelecom”un Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil cihazlar Azərbaycan telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində dövlət rüsumu ödənilməklə qeydiyyatdan keçirilməlidir.

Təəssüf ki, bəzi hallarda qeydiyyat rüsumunu ödəmək istəməyən şəxslər (və ya sahibkarlar) daha əvvəl qeydiyyatdan keçirilmiş cihazların IMEI kodlarının surətini yenilərinə köçürərək onların satışını həyata keçirirlər.

Alıcı isə bu prosesdən məlumatsız olduğu üçün sonradan cihaza tətbiq olunan məhdudiyyətlə üzləşir. Bu cür hallarla qarşılaşmamaq üçün mobil cihaz alarkən mütləq IMEI kodunun orijinallığını yoxlamaq tövsiyə olunur.

Yoxlamanı “portal.rinn.az” saytında ödənişsiz həyata keçirmək mümkündür.

Bunun üçün cihazın ekranında *#06# yığaraq çıxan kodu kopiyalayıb saytda “IMEI yoxlama” hissəsinə yapışdırmaq və “yoxla” düyməsini sıxmaq kifayətdir.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Koronavirusun daha bir qorxulu fəsadı üzə çıxdı
Evlənmə təklifi alacağınız həmin o RESEPT
Pilot qəzadan sonra sağ qalıbmış? - Yeni detallar +VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Ölənlər və yaralı var