Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119225
az

Livan səfiri İsrailin hücumları fonunda Moskva ilə Beyrut arasında əlaqələrdən danışıb

19:5501 Oktyabr, 2024
54
DÜNYA
  • A

Rusiya Federasiyası və Livan Yaxın Şərq münaqişəsinin kəskinləşməsi fonunda əlaqə saxlamağa davam edir.

Oxu24.com xəbər verir  ki, bu barədə respublikanın Moskvadakı səfiri Şövki Bu Nassar bildirib.

Diplomatın sözlərinə görə, bu yaxınlarda o, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb. Söhbət zamanı sonuncu Yaxın Şərqdə cərəyan edən hadisələr, o cümlədən İsrailin Livandakı əməliyyatı ilə maraqlandığını bildirib.

“O, mənə Rusiya Federasiyasının Livan hökumətinin və Livan xalqının tərəfində qaldığını təsdiqlədi. O, həmçinin İsrail tərəfi ilə təmaslarının olduğunu təsdiqləyib ki, onların həyata keçirdikləri hücumlar Yaxın Şərqdə və dünyada vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxaracaq”, - deyə Şavki Bu Nassar əlavə edib.

Eyni zamanda, səfir qeyd edib ki, söhbət zamanı Mixail Boqdanov Moskvanın İsrailin Beyruta qarşı təcavüzünü pislədiyini bəyan edib.

Sentyabrın 23-də İsrail Livanda əsas məqsədi Hizbullah hərəkatının infrastrukturunu məhv etmək olan “önləyici hücum əməliyyatına” başladığını elan etdi. Oktyabrın 1-nə keçən gecə yəhudi dövləti qonşu respublikanın ərazisinə məhdud quru reydləri, daha sonra isə müvafiq tapşırıqların yerinə yetirilməsi üçün dörd ehtiyat briqadanın səfərbər olunduğunu elan edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ baş verdi
Zelenski cəbhədəki vəziyyəti dəyərləndirdi

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR