ABŞ hesab edir ki, İran yaxın zamanlarda İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır.
Oxu24.com xəbər verir ki, bu barədə CNN Ağ Evdəki rəsmiyə istinadən məlumat yayıb.
"İranın İsrailə birbaşa hərbi hücumu İran üçün ciddi nəticələrə səbəb olacaq", - mənbə bildirib.
Hücumun nə qədər böyük olacağı məlum deyil.
İsrail ordusunun sözçüsü Daniel Həqari bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) ABŞ-dan İranın İsrailə hücum etməyə hazırlaşdığına dair məlumat alıb, lakin hələlik belə bir hərəkətin əlamətlərini görməyib.
Sentyabrın 29-da İran prezidenti Məsud Pezeşkian bildirib ki, İsrail hakimiyyətinin törətdiyi cinayətlər cavabsız qalmayacaq. Onun sözlərinə görə, İsrail Livanın Hizbullah şiə hərəkatının baş katibi Həsən Nəsrullahı sıradan çıxarmaqla heç bir beynəlxalq normalara uyğun gəlmədiyini nümayiş etdirib.
Bundan əvvəl Birləşmiş Ştatlar Yaxın Şərqə “böyük miqdarda hərbi qüvvələr” göndərdiyini açıqlamışdı.
Miri
Oxu24.com
ŞƏRHLƏR