Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119195
az

MAQATE rəhbəri Belarus AES-ə səfər etmək niyyətindədir

19:2901 Oktyabr, 2024
71
DÜNYA
  • A

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündən sonra iki reaktorun normal fəaliyyətini təmin etmək üçün Belarus Atom Elektrik Stansiyasına baş çəkməyi planlaşdırdığını bildirib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

“Mən hər iki enerji blokunun lazım olduğu kimi işlədiyinə əmin olmaq üçün Belarusun Ostrovetsidəki AES-ə baş çəkməyi planlaşdırıram”, - Qrossi paylaşdı.

 

O vurğulayıb ki, MAQATE Belarus AES-in Belarus iqtisadiyyatı üçün əhəmiyyətini anlayır.

 

Qrossi dəqiqləşdirib ki, Minskə səfəri zamanı Lukaşenko ilə Ukraynadakı münaqişə kontekstində nüvə obyektlərinin təhlükəsizliyini müzakirə edib.

 

Bundan əvvəl Lukaşenko Qrossi ilə görüşü zamanı Ukraynanın Belarusun Çernobıl Atom Elektrik Stansiyasını (AES) ələ keçirmək niyyətində olduğunu iddia edərək saxta məlumat yaydığını bildirmişdi.

 

Qrossi Belarusa oktyabrın 1-də gəlib. Səfər zamanı o, Minskdə yüksək səviyyəli görüşlər keçirməyi, həmçinin Belarus AES-ə baş çəkməyi planlaşdırır.

 

Bundan əvvəl Lukaşenko diktator adlandırılmasına cavab verib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur ulduzun malikanəsində şər ruhlar dolaşır -ŞOK İDDİA
Türkiyədə çökən mədəndən 2 nəfər XİLAS EDİLDİ
Makronun ARVADI KİŞİDİR -Ouens sübutları dərc edəcəyinə SÖZ VERDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı