Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119144
az

Bakıda mənzillər son 1 ildə nə qədər bahalaşıb?

19:3130 Sentyabr, 2024
73
CƏMİYYƏT
  • A

Bu ilin avqust ayında Bakıda mənzillərin orta qiyməti iyul ayı ilə müqayisədə 2 % artıb.

OXU24.COM xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrünə nisbətən paytaxtda mənzillər 14 % bahalaşıb.

"Bakının təkrar mənzil bazarında yeni tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti ay ərzində 2,3 %, il ərzində 14,9 %, köhnə tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti isə ay ərzində 1,7 %, il ərzində 11,3 % artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1 %, il ərzində isə 18,4 % artıb.

Ötən ay ilkin mənzil bazarında isə mənzillərin 1 kvadrat metrinin qiymətində əvvəlki ayla müqayisədə 1,9 %, ötən ilin eyni dövrünə nisbətən isə 15,7 % artım olub. Bazarda təklif ay ərzində 1,3 %, il ərzində isə 17,5 % artıb", - deyə ekspert qeyd edib.

Bundan başqa, V.Oruc deyib ki, avqustda kirayəyə verilən mənzillərin 1 kvadrat metrinin qiyməti iyulla müqayisədə 4 %, ötən ilin eyni dövrünə nisbətən isə 11,5 % artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1 %, il ərzində isə 14,6 % artıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Faciəvi şəkildə ölən Süleymanın FOTOSU
Sürücülər cərimələnməmək üçün görün hansı təhlükəli üsula əl atırlar -VİDEO
Ombudsman İƏT-in Baş katibindən mina probleminin həllində dəstək istədi -FOTO

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi