Rusiyanın Kamçatka diyarında 6,3 maqnitudada zəlzələ baş verib.
OXU24.COM xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı 39,9 km dərinlikdə, episentri Petropavlovsk-Kamçatskidən 128 km aralıda yerləşib.
Sunami təhlükəsi elan olunmayıb. İtki və dağıntı barədə məlumat yoxdur.
Oxu24.com
ŞƏRHLƏR