Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119131
az

Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiqləndi

15:3330 Sentyabr, 2024
75
SİYASƏT
  • A

Azərbaycan Milli Məclisinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Oxu24.com xəbər verir ki, işlər planına əsasən sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur.

Bunlar “Beynəlxalq müqavilələr haqqında”, “Diplomatik xidmət haqqında” və “Minatəmizləmə haqqında” qanun layihələridir.

Parlamentin payız sessiyasının qanunvericilik işlər planına dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri də daxildir.

Bundan başqa, sessiya ərzində Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi