Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119118
az

Misli Premyer Liqasında yeni məhsuldarlıq rekordu

15:4330 Sentyabr, 2024
81
İDMAN
  • A

Misli Premyer Liqasında mövsümün yeni məhsuldarlıq rekordu qeydə alınıb.

Oxu24.com Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, VIII turun oyunlarında 19 qol vurulub. Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bununla da ötən turda qeydə alınan rekord yenilənib. Bir həftə əvvəl keçirilmiş görüşlərdə 17 top vurulmuşdu.

“Qarabağ” – “Sabah” (3:2) və “Araz-Naxçıvan” – “Səbail”(3:2) oyunlarının hərəsində 5, “Şamaxı” – “Turan Tovuz” (2:2) qarşılaşmasında 4, “Zirə” – “Kəpəz” (3:0) matçında 3 qol qeydə alınıb. Ən az top “Neftçi” – “Sumqayıt” (1:1) görüşünə təsadüf edib – 2 qol.

Qeyd edək ki, orta məhsuldarlığın 3,80-ə bərabər olması son üç mövsüm üçün rekordun təkrarıdır. Ötən mövsümün X və XVI turlarında da 19 qol vurulub. Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021/2022 mövsümünün X turunda təsadüf edilib. Həmin vaxt 4 oyunda məhsuldarlıq 4,25-ə bərabər olub – 17 qol.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldo soyundu
Misli Premyer Liqası:Yeni ildə ilk 3 turun proqramı açıqlandı
"Mançester Yunayted"də ciddi itki

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu