Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119098
az

Metroda problem - Sərnişinlər qatardan düşürüldü

11:2830 Sentyabr, 2024
85
CƏMİYYƏT
  • A

"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə qatarın vaqonlarının qapısından siqnallar daxil olduğu üçün "28 May-Gənclik" tunel yolunda maşinist qapı sistemini yoxlamaq məcburiyyətində qalıb.

Oxu24.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

"Normativ tələblərə görə, təkrar yoxlama keçirilməli olduğundan sərnişinlər "Gənclik" stansiyasında düşürülüb. Heç bir problem olmadığından "Nərimanov" stansiyasından qatar sərnişinlərlə yoluna davam edib. Nəticədə, intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb. Xəttə ehtiyat qatar verilməklə yubanma qısa müddətdə aradan qaldırılacaq.

Sərnişinlərdən rica edirik ki, vaqonların qapılarına müdaxilə etməsinlər. Bunun nəticəsində ümumi yubanmalar sərnişinlərin mənzil başına vaxtında çatmamasına, stansiyalarda sərnişin sıxlığının daha da artmasına səbəb olur", - deyə məlumatda qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxıstanda Xəzərə çələnglər buraxıldı -FOTO
“Rəsmi Bakı Rusiyadan üzr gözləyir”
Baş nazirdən bağça müəllimləri ilə bağlı Qərar

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü