Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119079
az

"Qanını yuduğum şəhidin oğlum olduğu ağlıma gəlməzdi" -VİDEO

20:3829 Sentyabr, 2024
98
  • A

29 sentyabr 2020-ci ildə Sevda ana adəti üzrə qürurla Vətən uğrunda yaralananların yarasına məlhəm, şəhidlik zirvəsinə ucalananlara son təşəkkürünü yerinə yetirmək üçün Füzuli Tibb Mərkəzinə işə gəlir.

Haradan bilsin ki, həmin gün morqa gətirilən, qanını yuyub təmizlədiyi, üzərini örtdüyü şəhidlərdən biri də gözünün ağı-qarası, oğul balası Sərhəd Hüseynovdur.

Sentyabrın 29-da iki yaralı yoldaşını xilas edən Sərhəd üçüncü yaralı silahdaşını atəş altından çıxararkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Morqda işləyən şəhid anası Sevda Həsənova oğlu ilə qürur duyduğunu bildirib:

"Şərəfli ölümdür. Başımı uca edib. Mən onunla həmişə fəxr etmişəm, ölənə kimi də fəxr edəcəyəm. Amma Allahdan arzum odur ki, məni oğluma tez qovuşdursun".

Sərhəd Hüseynov Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paytaxt ərazisində evlərin qiyməti nə qədər artıb? - VİDEO
Min dərdə dəva, sehirli içki: Şalqam suyu
Gözəllik salonlarında bunlar qadağan olunur

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto