İmam Hüseyn (ə) buyurur: "Ziyadın oğlu - bu nakəs məndən istəyir ki, ikisindən birini seçim: ya zillətə boyun əyim və ya da qılınca. Bizim "heyhat minnaz-zillət"imiz hara, zillətə boyun əyməyimiz hara? Allah razı olmaz zillətə boyun əyək". İmam (ə) bu nurani kəlamları ilə bildirmək istəyir ki, nəinki şəxsi hissləri belə deyir, Həzrətin (ə) keçdiyi məktəb ona bu icazəni vermir. Yəni, ona bu icazəni nə Allah verir, nə Peyğəmbər (s) verir, nə İmam Əli (ə) verir, nə də Həzrət Fatimə (s.ə) verir.
Ona görə də İmam (ə) buyurur: "İzzətlə ölmək, zillətlə yaşamaqdan daha yaxşıdır".
İmam (ə) demir ki, gedək və ibn Ziyada boyun əyək, sonra nə olursa-olsun. İmam (ə) buyurur ki, heç bir zaman zillətə boyun əyməz, bu, istəyir ibn Ziyad (lən) olsun, istərsə də Yezid (lən).
Oxu24.com istinadən bildirir ki, Hürr İmamla (ə) görüşəndən sonra onu Kufəyə tərəf aparmaq istəyir, ancaq İmam (ə) imtina edir. Çünki zillətə boyun əymək istəmir. Hürr İmamı (ə) Kufədə həbs etmək istəyirdi. İmam (ə) ona buyurur ki, mən gəlmərəm.
Nəhayət elə bir yol seçirlər ki, nə Kufəyə gedir, nə də Mədinəyə. Ona görə də seçdikləri yer Kərbəla olur. İmam (ə) bütün yol boyu səhabələrinə moizə oxuyur və şeir deyirdi. Bu moizlərində buyururdu ki, şərəfli ölüm zəlil yaşamaqdan daha üstündür. İnsanlar görmürlər, eşitmirlər. Ona görə də haqqa əməl etmirlər. Bu qədər fəsad törədildiyini görmürlər və ona görə də heç kəs ondan çəkindirmir. Belə bir şəraitdə mömin gərək ölümü arzu etsin, kəramət və şərafəti seçsin.
İmamın (ə) bütün həyatı - izzəti-nəfsin ən üstün nümunəsidir. İmam Hüseyn (ə) insanlıq kəramətinin ən üstün qalasına çıxa bilmişdir. Elə bir qala ki, hər kəsin cürət edə biləcəyi bir iş deyildi. Onu bu qalaya çıxardan - ali ruhu, izzəti-nəfsi, imanı, təqvası və ona tərbiyə verənlərin əməyi idi. İmam (ə) yaxşı bilirdi ki, heç bir zaman zillətlə yaşaya bilməyəcəkdir. Ona görə də bu yolda ən üstün olanını seçdi. Oxu24.com
ŞƏRHLƏR