Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119063
az

XİN başçısı BMT-də Azərbaycanın azad edilmiş ərazilərindəki mina problemini gündəmə gətirib

09:2829 Sentyabr, 2024
91
SİYASƏT
  • A

Azərbaycanın azad edilmiş ərazilərinin mina və digər partlayıcı qurğularla kütləvi çirklənməsi bərpa və yenidənqurma səylərinin rəvan irəliləməsinə ciddi maneə olaraq qalır.

Oxu24.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində “Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edərkən dünya siyasətçilərinin diqqətinə çatdırıb.

Nazir vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından bəri 377 nəfər, o cümlədən mülki şəxslər minaların qurbanı olub.

“Bunu nəzərə alaraq, Azərbaycan minatəmizləmə fəaliyyətinə həsr olunmuş 18-ci Dayanıqlı İnkişaf Məqsədini milli hədəf kimi müəyyən edib. Problemin miqyasını nəzərə alaraq, Azərbaycanın minatəmizləmə sahəsində humanitar potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyə və onun artırılmasına ehtiyac var”, – Ceyhun Bayramov qeyd edib.

Nazir həmçinin Azərbaycan ərazilərində humanitar minatəmizləmə işlərinə töhfə verən bütün ölkələrə və maraqlı tərəflərə minnətdarlığını bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Ermənistanı HƏDƏLƏDİ: Avrasiya İqtisadi İttifaqından çıxsa...
Paşinyanın Azərbaycanla sülhə dair- Təklifləri
"Putin Əliyevdənüzr istəyib" -Peskov

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
9-cu sinif şagirdi vəfat etdi