Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119059
az

Netanyahu ABŞ səfərini yarımçıq qoyub İsrailə qayıtdı

09:0029 Sentyabr, 2024
62
SİYASƏT
  • A

İsrail ordusunun Beyrutdakı “Hizbullah” qərargahına endirdiyi zərbələrdən sonra cümə günü ABŞ-yə səfərini yarımçıq kəsən İsrailin Baş naziri Binyamin Netanyahu İsrailə qayıdıb.

OXU24.COM  xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Radiostansiyaya görə, şənbə günü axşam Baş nazirin təhlükəsizlik məsələləri ilə bağlı iclası planlaşdırılır.

Cümə günü ordunun mətbuat xidməti İsrail Hərbi Hava Qüvvələrinin “Hizbullah”ın Beyrutdakı mərkəzi hərbi qərargahına hücum etdiyini bildirib. Günün əvvəlində İsrail Nazirlər Kabinetinin rəhbəri BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi siyasi müzakirələr zamanı çıxış edərək bildirib ki, İsrail “tam qələbə çalana qədər” Qəzzada mübarizəni davam etdirəcək və “Hizbullah” hərəkatına zərbə endirəcək.

Bundan əvvəl İsrail Ordusu “Hizbullah” lideri Həsən Nəsrullahın Beyruta endirilən zərbələr nəticəsində öldürüldüyü barədə məlumat yayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ ölkələri BMT TŞ-nin təcili iclasını çağırır
"Hizbullah"ın yeni lideri kimdir? -DOSYE
Tramp uduzsa, görün nələr olacaq...

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO