Nepalda son 24 saat ərzində aramsız yağan yağışlar və torpaq sürüşmələri nəticəsində azı 38 nəfər ölüb.
OXU24.COM xəbər verir ki, bu barədə "Reuters" Nepal hakimiyyətinə istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, təbii fəlakətlər nəticəsində yollar bağlanıb. Səlahiyyətlilər son 30 saat ərzində daha 29 nəfərin itkin düşdüyündən ölənlərin sayının arta biləcəyini bildirir.
Ölümlərin çoxu dörd milyon insanın yaşadığı Katmandu vadisində baş verib.
ŞƏRHLƏR