Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
119039
az

Bu üç ölkə İsraili QINADI - Bu dəfə Suriyaya görə

16:2728 Sentyabr, 2024
77
SİYASƏT
  • A

Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov, Abbas Əraqçi və Hakan Fidan İsrailin Suriyaya özbaşına hava hücumlarını pisləyib və bunu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndiriblər.

OXU24.COM  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətində BMT Baş Assambleyasının Nyu-Yorkda Astana formatında keçirilən 79-cu sessiyası çərçivəsində nazirlərin görüşünün yekunlarına əsasən bildirilib.

“Nazirlər Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin və Livandakı vəziyyətin Suriya Ərəb Respublikasındakı vəziyyətə sabitliyi pozan təsirini qeyd ediblər və İsrailin Suriya ərazisində həyata keçirdiyi özbaşına hava hücumlarını pisləyiblər ki, bu da beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”, - diplomatik nümayəndəlikdən bildiriblər.

Qeyd olunur ki, tərəflər münaqişədən sonra yenidənqurma və suriyalı qaçqınların vətənlərinə qayıtması naminə Suriyaya xarici dəstəyin artırılmasının vacibliyini vurğulayıblar. Dəməşqə qarşı birtərəfli sanksiyaların mənfi rolu da qeyd olunur.

“Astana prosesinin qarant ölkələrinin Suriya Ərəb Respublikasının suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət əsasında hərtərəfli nizamlanmasına kömək etmək üçün birgə səyləri davam etdirmək öhdəliyi təsdiqləndi. Xarici əlaqələr idarələrinin rəhbərləri Suriya Ərəb Respublikasında və onun ətrafında vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, bu ölkədə uzunmüddətli nizamlanma problemlərini vurğulayıblar”, - Rusiya XİN-in bəyanatında deyilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp general-leytenantı Ukrayna üzrə xüsusi elçi təyin etdi
Bu ölkə ABŞ-a xəbərdarlıq etdi
Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ -"S-400"lərin taleyi ilə bağlı YENİLİK

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı