İsrail ordusu Suriyanın cənubunda HƏMAS-ın səhra komandirinin məhv edildiyini açıqlayıb.
OXU24.COM xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri Fələstinin HƏMAS hərəkatının səhra komandirinin ölümünə səbəb olan hava zərbəsi endirib.
Gecə saatlarında kəşfiyyat məlumatlarının alındığı və Hərbi Hava Qüvvələrinin zərbə endirdiyi qeyd edilir.
Ordunun mətbuat xidmətinin məlumatına görə, HƏMAS şəbəkəsinin Suriyanın cənubundakı rəhbəri Əhməd Məhəmməd Fəhda zərbə nəticəsində öldürülüb.
Oxu24.com
ŞƏRHLƏR