Meksika silahlanma yarışından narahatdır və Ukrayna üçün mərmi və hərbi texnika üçün milyonlarla dolların ayrılmasına qarşıdır.
Oxu24.com xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Meksika Xarici İşlər Nazirliyinin rəhbəri Alisiya Barsena deyib.
Diplomat vurğuladı ki, Meksika silahlanma yarışının artması ilə, münaqişənin “sülh yolu ilə həllinin olmadığı” və müharibənin yenidən “sülhdən üstün olduğu” faktı ilə razı deyil.
"Ukraynayasilah tədarükü üçün milyonlarla dollar ayrılıb və hamımız təhlükə altındayıq", - Meksika Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Sentyabrın 18-də məlum olub ki, Meksikanın seçilmiş prezidenti Klaudiya Şeynbaum Ukraynaya səfər etməkdən imtina edib. Rusiya prezidenti Vladimir Putin rəsmi olaraq Meksikanın yeni rəhbərinin andiçmə mərasiminə dəvət olunub. Rusiyalı ekspertlər qeyd ediblər ki, Putini Şeynbaumun andiçmə mərasiminə dəvət etmək qərarı Meksikanın Ukrayna münaqişəsi də daxil olmaqla, neytrallıq siyasətini davam etdirdiyini göstərir.
Bundan əvvəl Çin və Braziliya Ukraynadakı münaqişənin həlli planını canlandırmaq istəyirdilər.
Miri
Oxu24.com
ŞƏRHLƏR