Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118996
az

“Qarabağ”ın Avropa Liqasında turnir cədvəlindəki mövqeyi bəlli oldu

16:1327 Sentyabr, 2024
87
İDMAN
  • A

UEFA Avropa Liqasının əsas mərhələsinin I turunun oyunlarından sonra komandaların turnir cədvəlindəki mövqeləri bəlli olub.

Oxu24.com xəbər verir ki, ötən gün İngiltərədə “Tottenhem”ə 0:3 hesabı ilə uduzan Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” Latviyanın RFS və Ukraynanın “Dinamo” (Kiyev) klubları ilə birlikdə 33-35-ci yerləri bölüşdürür. Ağdam təmsilçisi ilk turdan sonra xalı olmayan 13 komandadan biridir.

Turnir cədvəlinə Niderlandda Türkiyə “Beşiktaş”ına 4 cavabsız qolla qalib gələn “Ayaks” başçılıq edir. İkinci sırada Rumıniyada RFS-ni 4:1 hesabı ilə üstələyən FKSB kollektivi qərarlaşıb. Məlumat üçün bildirək ki, ilk iki sıradakı komandalar “Qarabağ”ın rəqibləridir.

“Beşiktaş” isə ilk turdan sonra sonuncu pillədə yer alıb.

Qeyd edək ki, Liqa mərhələsində II turun oyunları oktyabrın 3-də keçiriləcək. “Qarabağ” Bakıda İsveçin “Malmö” klubunu sınağa çəkəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messi Avropaya qayıda bilər
Tulin Ələkbərova: "Özümü öldürmə dərəcəsinə çatmışam"
"Barselona"nın vitse-prezidenti     istefa   verdi

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb