Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118985
az

Moldova ordusunun komandanı istefa verib

12:5327 Sentyabr, 2024
73
DÜNYA
  • A

Moldova prezidenti Maya Sandu milli ordunun komandanı general Eduard Oxladçukun istefası haqqında fərman imzalayıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

“Eduard Oxladçuk milli ordunun baş qərargah rəisi, milli ordunun komandanı vəzifəsindən azad edilib. Sərəncam imzalandıqdan sonra qüvvəyə minir”, - deyə sənəddə bildirilir.

 

O, 2021-ci il noyabrın 8-dən bu vəzifələrdə çalışır.

 

Moldova Nazirlər Kabinetinin Oxladçukun istefası təşəbbüsü ilə çıxış etməsi faktı sentyabrın 18-də məlum olub.

 

Moldova Müdafiə Nazirliyi Oxladçukun müqaviləsinin başa çatdığını açıqlayıb. Lakin müxalifət nümayəndələri hesab edirlər ki, baş qərargah rəisi “hakimiyyət üçün əlverişsiz olub”.

 

Oktyabrın 20-də Moldovada prezident seçkiləri keçiriləcək. Eyni zamanda ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendum keçiriləcək.

 

2023-cü ilin sonunda Moldovanın hazırkı prezidenti Maia Sandu ikinci müddətə namizəd olmaq niyyətini açıqladı və vətəndaşların ölkənin Aİ-yə daxil olması ilə bağlı fikirlərini bildirə bilməsi üçün referendum təşkil etməyi təklif etdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

KİV: Gürcüstanda "donuz qripi"ndən bir neçə nəfər ölüb
Türkiyə səfirliyini açdı
Rusiya uçuşları bərpa etdi

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü