“The Times” qəzeti yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski Qərb silahları ilə Rusiyanın dərinliklərinə endirilən zərbələrə qoyulan məhdudiyyətlərin götürülməsinə nail olmadan ABŞ-dan qayıdacaq.
Nəşr qeyd edir ki, Ukrayna rəhbəri ABŞ prezidenti Co Bayden və ABŞ vitse-prezidenti Kamala Harrislə görüşdə şəxsən Britaniyanın “Storm Shadow” raketlərinin və Amerikanın ATACMS-lərinin Rusiya Federasiyasına hücumlarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını xahiş edib. Bununla belə, “Vaşinqtonun uzaqmənzilli raketlərdən istifadəyə yanaşmasında heç bir dəyişiklik elan edilməyib”, materialda deyilir.
Qəzet bunun əvəzində Zelenskinin yanında dayanan Demokratlar Partiyasından prezidentliyə namizəd Harris qarşıdan gələn seçkilərdəki siyasi rəqibi Respublikaçı Donald Tramp haqqında danışmağa başladığını qeyd edib.
Miri
Oxu24.com
ŞƏRHLƏR