Demokratlardan prezidentliyə namizəd Kamala Harris Vladimir Zelenski ilə görüşdə Ukraynaya hərbi yardım və ölkənin enerji şəbəkəsinə dəstəyi müzakirə edib.
Oxu24.com xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Harris Kiyevi dəstəkləməkdə sarsılmaz öhdəliyini ifadə edib. Tərəflər Vaşinqtonun Ukraynaya davamlı güclü dəstəyinin, eləcə də Zelenskinin “qələbə planı”nın vacibliyini müzakirə ediblər.
"Onlar həmçinin Rusiyanın yeni hücumlarından sonra Ukraynada mülki enerji infrastrukturunun gücləndirilməsinə ABŞ-ın davamlı dəstəyini müzakirə ediblər", - bəyanatda deyilir.
Sentyabrın 27-də məlum oldu ki, Zelenski Harrisi “qələbə planı” ilə tanış edib. Harris Ukrayna lideri ilə görüşdə bəzi Amerika siyasətçilərinin Ukrayna ilə bağlı sülh planlarını pisləyib. Harris hansı amerikalı siyasətçilərdən danışdığını dəqiqləşdirməyib
Daha əvvəl NYT Zelenskinin “ulduz gücü”nün yoxa çıxmasından danışmışdı.
Nigar
Oxu24.com
ŞƏRHLƏR