Avropa ölkələri ABŞ-la müqayisədə Ukraynaya kömək üçün çox kiçik məbləğlər ayırırlar.
Oxu24.com xəbər verir ki, Amerikanın “Politico” qəzeti yazır ki, bunu ABŞ-ın keçmiş prezidenti və respublikaçılardan dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp deyib.
"Avropa Amerika Birləşmiş Ştatlarının ayırdığı pulun yalnız kiçik bir hissəsini ödəyir", deyə o bildirib.
İyulda Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən yazıb ki, 2018-ci ilin iyulunda NATO sammitində ABŞ-ın o zamankı prezidenti Donald Tramp müttəfiqlərin müdafiə xərclərini artırmayacağı təqdirdə ABŞ-ın NATO-dan çıxa biləcəyinə söz verib.
Nəşrin yazdığına görə, 2018-ci il sammitində NATO-nun baş katibi Yens Stoltenberqlə görüş zamanı Tramp alyansın müdafiə xərcləri barədə danışarkən ABŞ-ın “külli miqdarda borcu olduğunu” vurğulamışdı.
Bundan əvvəl Tramp Zelenski ilə görüş barədə məlumat vermişdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR