Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118947
az

Paşinyan BMT-də SÜLHDƏN DANIŞDI: "Nəinki mümkündür, hətta..."

09:3027 Sentyabr, 2024
82
SİYASƏT
  • A

"Ermənistanla Azərbaycan arasında sülh nəinki mümkündür, hətta əlçatandır".

OXU24.COM xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

"Ən son, 2024-cü ildə. Avqustun 30-da Ermənistan və Azərbaycan iki ölkənin sərhəd demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıblar, bu, ilk ikitərəfli hüquqi sazişdir. De-yure bir daha təsdiqlənir ki, iki ölkənin bir-birlərinə heç bir ərazi iddiası yoxdur, növbəti addım sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin imzalanmasıdır. Azərbaycan Prezidenti və mən dəfələrlə bildirmişik ki, sözügedən sazişin ən azı 80 faizi razılaşdırılıb, indi bu tarixi fürsətdən yararlanmaq və dalana dirənmək riskindən qaçmaq üçün Ermənistan Respublikası artıq razılaşdırılmış şeyi götürməyi təklif edir: nə artıq razılaşdırılıbsa, imzalansın, sülh müqaviləsi olsun, sonra qalan məsələlər üzrə danışıqları davam etdirək. Biz bunu indi etməyə hazırıq", - Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, elə bir presedent yoxdur ki, sülh və ya hər hansı digər müqavilə hər şeyi həll etsin, bütün məsələləri həll etsin:

"Bu, praktikada da mümkün deyil, istənilən iki ölkənin məhz bu səbəbdən hər hansı müqavilə imzalandıqdan sonra yeni müqavilələrə və razılaşmalara ehtiyacı var"․

"Bir çox mühüm məsələlər hələ də həll edilməlidir. Ermənistan və Azərbaycanın timsalında razılaşdırılmış maddələr mahiyyətcə sülh, bir-birindən ərazi tələblərinin olmaması və gələcəkdə belə tələblərin irəli sürülməməsi, diplomatik münasibətlərin qurulması ilə bağlı müddəaları ehtiva edir", - Ermənistan lideir qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu