Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118943
az

Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -Məzar açılacaq

00:0427 Sentyabr, 2024
148
DÜNYA
  • A

Türkiyənin Silivri rayon Prokurorluğu 15 il əvvəl Münəvvər Qarabuludu öldürüb 2014-cü ildə həbsxanada intihar edən Cem Qəriboğlunun məzarının açılmasına qərar verib.

OXU24.COM  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, Münəvvərin ailəsinin məzarın açılması ilə bağlı müraciəti tam təmin edilib.

Qeyd edək ki, sevgilisinin Bağçaşəhərdəki villasında öldürülən 17 yaşlı Münəvvər Qarabuludun doğranmış meyiti 2009-cu il martın 3-də Etilər səmtində zibil konteynerindən tapılıb.

2011-ci il noyabrında Bakırköy Ağır Cinayətlər Məhkəməsi qatil Cem Qəriboğlunun 24 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb.

Qəriboğlu 3 il sonra Silivri 5 saylı cəzaçəkmə müəssisəsində intihar edib.

Məlumat üçün deyək ki, sözügedən cinayət illər öncə Türkiyə gündəmini zəbt edib. Belə ki, qatil Cem Qəriboğlu ölkənin tanınan ailələrindən birinin övladı olub. Onun cəzaçəkmə müəssisəsindəki intiharı ilə bağlı bir çox iddialar səsləndirilib.

Hətta Cemin bir neçə dəfə ABŞ-də görüntüləndiyi, qatilin həyatda olduğu ilə bağlı xəbərlər də ortaya çıxıb.

Məhz bu məsələdən sonra Münəvvərin ailəsi cinayətkarın məzarının açılması tələbi ilə bir neçə dəfə məhəməyə müraciət edib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR
Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu