Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118940
az

""Ənənəvi oktyabr sürprizi", genişmiqyaslı müharibə təhlükəsi..." -Polkovnik KARTLARI AÇDI

23:2226 Sentyabr, 2024
84
SİYASƏT
  • A

"Ukrayna Prezidenti Voladimir Zelenskinin “qələbə planı”nın həyata keçirilməsi ABŞ-ın birbaşa iştirakı ilə Avropada genişmiqyaslı müharibə təhlükəsi yaradır".

OXU24.COM  xəbər verir ki, bu barədə Pentaqonun keçmiş əməkdaşı, istefada olan polkovnik Robert Maginnis "American Thinker" jurnalı üçün yazdığı məqalədə xatırladıb.

Ekspert onu da vurğulayıb ki, Zelenskinin ABŞ-a "satmağa" çalışdığı bu sənəd hazırkı Amerika hökuməti tərəfindən qəbul edilərsə, o zaman münaqişə nəinki digər ölkələrə yayıla, hətta nüvə xarakterinə də çevrilə bilər.

Maginnis həmçinin xəbərdarlıq edib ki, Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsi ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində “ənənəvi oktyabr sürprizinə” çevrilə bilər.

Eyni zamanda ekspert qeyd edib ki, münaqişə prinsipcə bu yerə gəlməməli idi:

"Lakin indi biz Co Bayden və Kamala Harrisin sui-istifadəsi ucbatından çox ciddi vəziyyətdəyik".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi