Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118926
az

Ora “Bahadırın bankı” deyirdilər- Milyonçu qardaşlar hakim qarşısında

18:5326 Sentyabr, 2024
97
REDAKTORUN SEÇİMİ
  • A

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi ən böyük əməliyyatlarından biri ilə həbs edilən dəstə üzvlərinin məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Bu iş üzrə altı nəfər müttəhim kürsüsündə əyləşir. Söhbət Bahadır və İkram Quliyev qardaşlarından, onların əmisi oğlu Fərhad Quliyev və onların işlərini görmüş Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədovdan gedir. Onlar hamısı həbsdə mühakimə edilir.

Nə baş vermişdi?

Təqsirləndirilən şəxslər Yasamal rayonunda fəaliyyət göstərən şirkətlərində qara yolla pul köçürməklə məşğul olublar. İstintaq materiallarındakı ifadələrdən də görünür ki, müştərilər oranı “Bahadırın bankı” kimi tanıyırlar. İşlərin ən başında dayanan da elə Bahadır Quliyevdir. O, uzun illər Rusiyada yaşayıb, bütün işləri oradan idarə edib. Azərbaycandakı işlərə isə İkram nəzərət edib. Qardaşlar xarici ölkədən Azərbaycana, Azərbaycandan isə xaricə qanunsuz pul vəsaitləri köçürüblər. İstintaq müəyyən edib ki, şirkət xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürüb. Bu vəsaitin 2 milyon 500 min manatı isə xidməthaqqı kimi onların özünə qalıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında ittiham aktı elan edilib. Təqsirləndirilən şəxslərdən Fərhad Quliyev özünü qismən təqsirli bilsə də, digərləri təqsirsiz olduqlarını deyiblər. Onların həbs qətimkan tədbirlərinin dəyişdirilməsi ilə bağlı vəsatətləri isə rədd edilib. 

Məlumat üçün bildirək ki, polis əməkdaşlarının keçirdiyi əməliyyatla İkram Qasımovun evindən xeyli miqdarda qızıl, brilyant və digər zərgərlik məmulatları aşkar edilmişdi. İttihamda deyilir ki, dəyəri 1 milyon manata yaxın-853 min 771 min manat təşkil edən zinət əşyaları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib. İkram Qasımovun tapşırığı ilə Dubaydan aldıqları Avstriya, İsveçrə və Belçika istehsalı olan qiymətli əşyalar Azərbaycanın gömrük nəzarətindən kənar yolla keçirilərək ona çatdırılıb. Bu işdə isə vasitəçi Vəli Əliyev olub. 

İkram Qasımov məhkəmədə bu epizoda toxunub, həmin zinət əşyalarının rəsmiləşmədiyindən xəbərsiz olduğunu deyib. İddia edib ki, gətirdiyi hər şeyi ölkəyə çatanda bəyan edib. O, bunu təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi üçün şərait yaradılmasını istəyib.

Vəsatət təmin edilməyib. Bahadır Qasımov isə məhkəmədə səhhətindən gileylənib, onun vəkili müvəkkilinin müayinəyə ehtiyacı olduğunu qeyd edib.

Məhkəmə bu vəsatəti qismən təmin edib. Amma müdafiə tərəfi qərarlardan narazı qalıb, hakimlərə etiraz edəcəkləri barədə ərizə təqdim olunacağını bildiriblər.

Qohumlardan biri etirafçı olub

Əvvəl qeyd etdiyimiz kimi, təqsirləndirilən Fərhad Qasımov məhkəmədə özünü qismən təqsirli bilib. Amma istintaq dövründə F.Qasımov özünü tam təqsirli bilərək hər şeyi açıq danışıb. O, əmisi oğlanlarının uzun illər qanunsuz pul köçürməsi ilə məşğul olduqlarını, özünün də işlərə nəzarət etdiyini etiraf edib.

Əmioğlunun sözlərinə görə, Bahadır və İkram fəaliyyətlərini pərdələmək üçün Yasamaldakı sözügedən ofisdə “Qozan Travel” adlı turizm şirkəti yaradıbmışlar. Oranın da ayrıca işçiləri olub. Fərhad başqa bir ifadəsində şirkətdə pul köçürülməsinin qanunsuz həyata keçirilməsindən xəbərsiz olduğunu deyib.

Sözügedən zinət əşyaları ilə birgə təqsirləndirilən şəxslərə aid yarım milyardlıq əmlaklar üzərinə həbs qoyulub. Buraya “Range Rover”, “Bentley”, “Mercedes”, BMW, “Mitsubishi” və digər markalı minik avtomobilləri, bir neçə yük maşını, motosikletlər, Bakı, Abşeron və digər bölgələrdə yerləşən çoxsaylı mənzillər, bağ evləri, qeyri-yaşayış sahələri, qayıqlar, qarajlar daxildir.

Növbəti məhkəmə iclaslarında müttəhimlər sərbəst ifadə verməlidirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pensiya alanlara ŞAD XƏBƏR
Yeni il axşamı Moskvada zəlzələ ola bilər - Proqnoz
Heyvan bazarında kəskin bahalaşma: İnək neçəyə oldu? (VİDEO)

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu