Moldovada radioloji hücumu simulyasiya edən təlim keçirilib.
Oxu24.com xəbər verir ki, bu barədə Stiri məlumat yayıb.
Moldova Səhiyyə Nazirliyi radioloji insidentin simulyasiyası üçün beynəlxalq iştirakla üç günlük təlim təşkil edib. Onun məqsədi radioloji və ya nüvə fövqəladə hallarına ictimaiyyətin reaksiyasını yaxşılaşdırmaqdır.
Təlimin epizodlarından biri radioloji qəza yerində lazımi tibbi yardımın simulyasiyası idi.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin üçüncü ölkələrə münasibətdə nüvə silahından istifadə qaydalarını dəyişdirmək qərarı barədə məlumat yayılıb. Bu, bütün dünyada böyük səs-küyə səbəb oldu.
Miri
Oxu24.com
ŞƏRHLƏR