İsrail hərbçiləri Livan-Suriya sərhədinin bir sıra bölmələrində infrastruktur obyektlərinə hava zərbələri endirib.
Oxu24.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, zərbələrin hədəfi Livandakı Hizbullah milislərinin “Suriya ərazisindən silah ötürmək üçün” istifadə etdiyi obyektlər olub.
"Hizbullah bu döyüş vasitələrindən İsrail Dövlətinin vətəndaşlarına qarşı istifadə edir", deyə ordudan verilən məlumatda qeyd edilib.
Zərbələr Livan-Suriya sərhədinin iki hissəsində - biri Livanın şərqində, digəri şimalda olmaqla bir neçə hədəfə endirilib.
"İsrail Müdafiə Qüvvələri silahların Livana və Hizbullah silahlarına daxil olmasının qarşısını almaq üçün qətiyyətlə çalışır" deyən mətbuat xidməti İsrail Hərbi Hava Qüvvələrinin Livandakı trafik hədəflərinə hücum etməyə "bütün gücü ilə" davam etdiyini bildirib.
Miri
Oxu24.com
ŞƏRHLƏR