Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118911
az

Çin Xarici İşlər Nazirliyi Ukrayna ilə dostluq elan edib

16:1526 Sentyabr, 2024
82
DÜNYA
  • A

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Siyasi Bürosunun üzvü, xarici işlər naziri Vanq Yi bildirib ki, Pekin və Kiyevi ənənəvi dostluq və strateji tərəfdaşlıq birləşdirir.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Sentyabrın 25-də Vanq Yi Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüş keçirib. Dialoq zamanı Çin departamentinin rəhbəri qeyd edib ki, hər iki dövlət Ukrayna böhranının təsirini aradan qaldırıb, bunun sayəsində əməkdaşlıq bərpa olunub.

 

Belə ki, 2024-cü ilin birinci yarısının nəticələrinə görə, Çin və Ukrayna arasında ticarətin həcmi 17% artıb.

 

“Vanq Yi qeyd edib ki, Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi tutarlıdır və ən mötəbər bəyanat prezident Si Cinpinin irəli sürdüyü “dörd borc”dur”, - Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

 

Həmçinin görüş zamanı Vanq Yi Çinin Ukraynaya əlavə humanitar yardım göstərməyə hazır olduğunu bildirib. Nazirin sözlərinə görə, Pekin ölkədəki humanitar vəziyyəti diqqətlə izləyir.

 

Bundan əvvəl Ukrayna Çinin sülh planını kəskin şəkildə rədd etmişdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

KİV: Gürcüstanda "donuz qripi"ndən bir neçə nəfər ölüb
Türkiyə səfirliyini açdı
Rusiya uçuşları bərpa etdi

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü