Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1189
az

“Nömrəsini verdi, evdə adam olmayanda görüşəcəkdik” -

11:3929 Aprel, 2018
3839
KRİMİNAL
  • A
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham olunan Sumqayıt şəhər sakini Firuz Nəsiblinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Oxu24.com  virtualaz.org-a istinadən xəbər verir ki, ötən il noyabrın 9-da Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 78A, mənzil 19-da 58 yaşlı Nahidə Abbasova (ad və soyad dəyişdirilib – red.) qətlə yetirilib.


"JEK” işçisi olan Nahidə Abbasovanı 2014-cü ildən etibarən tanıyan, mütəmadi onunla yaxın münasibət quran Firuz Nəsibli qadının külli miqdarda pulu olmasını zənn edərək onu öldürərək pullarını ələ keçirməyi planlaşdırıb. Hadisə baş verən gün N.Abbasovanın mobil telefonuna zəng vuraraq görüşmək istədiyini deyib. "JEK” işçisinin yaşadığı mənzilə gələn F.Nəsibli ona çoxsaylı bıçaq zərbələri endirib. Qadının öldüyünə əmin olduqdan sonra otaqların altını üstünə çevirib, amma heç nə tapa bilməyib.

Təqsirləndirilən Firuz Nəsibli "Topaz” oyunlarında iştirak edən şəxslər üçün bilet doldurmaqla gündəlik çörəkpulu qazanıb. "JEK”də işləyən N.Abbasova ilə tanışlığı dörd il öncəyə təsadüf edib. Belə ki, Zemfira adlı qadınla yaxınlıq edən Firuz ilk dəfə Nahidəni də elə həmin qadının evində görüb. Tanışlıq zamanı Firuza "istədiyin vaxt qonağım ola bilərsən” deməsi sonda qadının faciəsinə gətirib çıxarıb: "Telefon nömrəsini verdi, evdə adam olmayanda qəbul edəcəyini dedi. Beş-on gündən sonra zəng vurdum, Nahidənin evində pul müqabilində onunla görüşdüm. Hərdən mənə telefonla müxtəlif qadınların şəkillərini atırdı, onlardan seçib bəyəndiklərimlə yaxınlıq edirdim. Həmin qadınların əksəriyyətinin 25-30 yaşları vardı, müxtəlif peşə sahibləri idi, aralarında evdar qadınlar da vardı”.


F.Nəsiblinin ifadəsinə görə, son zamanlar maddi sıxıntı içərisində olduğundan pul qazanmaq üçün müxtəlif yollar axtarıb. Nahidənin hər gün xidmət etdiyi ərazinin sakinlərindən pul topladığını, həmçinin müxtəlif qadınlara intim xidmət üçün şərait yaratdığını bilən Firuz qadını öldürüb pullarını ələ keçirməyi, sonra isə izi itirmək üçün ölkəni tərk etməyi planlaşdırıb: "Dəfələrlə çantasında 1000 manatacan pul olurdu. Öz telefonumdan deyil, taksofondan zəng vurub gəlmək istədiyimi dedim, razılaşdı. Görüşmək bəhanəsiylə bıçaq götürüb onlara getdim”.


Qadının mənzilinə təşrif buyuran F.Nəsibli onu şübhələndirməmək üçün su gətirməsini xahiş edib. Əlində su dolu stəkan "qonağ”a yaxınlaşan ev sahibəsi gözlənilmədən bıçaq zərbələrinə tuş gəlib: "Saçından tutub bıçaqla boynundan vurdum, tərpənməsinə imkan vermədim. Bıçağı gödəkçəmin cibinə qoyub evi axtarmağa başladım. Çantasına baxdım, heç nə tapmadım”.


N.Abbasovanın qətli ilə bağlı xəbərləri mətbuatdan izləyən F.Nəsibli törətdiyi cinayətin izini itirmək üçün ölkədən qaçmağı qərara alsa da, buna nail ola bilməyib. Hadisədən səkkiz gün sonra o, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı F.Nəsibli törətdiyi cinayəti etiraf edib.


N.Abbasovanın həyat yoldaşı ifadəsində arvadının ona xəyanət etməsini heç vaxt ağlına gətirmədiyini, hadisə baş verən gün isə bacısıgildə imam ehsanında iştirak etdiyini deyib: "Bacımgildən qayıdanda Nahidə ev işləri ilə məşğul idi. Mən də Xoşqədəmin verlişinə baxırdım. Nahidənin telefonuna zəng gəldi, kimində danışdığını eşitmədim. Hələ heç cavan vaxtlarından onu qısqanmamışdım. Yaşı ötdükcə gəlin, nəvə sahibi olacağını nəzərə alıb mənə xəyanət edəcəyini düşünməmişdim”.


Hər gün piyada gəzintiyə çıxan ev sahibi baş verəcək faciədən xəbərsiz həyətə düşüb. Amma yağış yağdığına görə ləngiməyib, tez qayıdıb. Mənzilə daxil olduqda gördüyü dəhşətli mənzərədən şoka düşüb: "Şkafın hər iki qapısı açıq idi, Nahidəni səslədim, cavab vermədi. Evdən çıxıb qayıtmağım cəmi bir neçə dəqiqə çəkmişdi, nə baş verdiyini dərk etmədim. Yataq otağına keçəndə onun qanlı cəsədini gördüm. Otağın hər tərəfi qana boyanmışdı. Polisə, təcili yardıma, qohumlara zəng vurub məlumat verdim”.


Məhkəmənin hökmü ilə Firuz Nəsibli 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib