Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118896
az

FHN-in əməkdaşı ağır qəza törətdi: Öldü - FOTOLAR

14:5926 Sentyabr, 2024
130
CƏMİYYƏT
  • A

Sentyabrın 24-ü saat 19 radələrində Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu24.com xəbər verir ki, Ağcabədi-Ağdam yolunun Poladlı kəndindən keçən hissəsində Şükürzadə Mahir İldırım oğlunun idarə etdiyi “VAZ 21074” markalı avtomobillə “Tofaş” toqquşub.

Nəticədə hər iki sürücü və “Tofaş”da olan 2 sərnişin – İsmət Mehdiyev və Xəlil Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Mahir Şükürzadə yerləşdiyi Bərdə rayon Mərkəzi Xəstəxanasında ölüb.

Bildirilir ki, qəzada həlak olan M.Şükürzadə FHN-in yerli şöbəsində çalışırmış. Hadisə günü onun nənəsinin yas mərasimi keçirilib. Daha sonra işə qayıdan Mahirə babasının səhhətində problem olduğu bildirilib və o, babasını müayinə etmək üçün həkim gətirməyə gedib. Bu zaman yol hərəkəti qaydalarını pozan Mahir Şükürzadə ağır qəzaya səbəb olub və həyatını itirib.

“Unikal”ın məlumatına görə, M.Şükürzadə nişanlı olub və bu yaxınlarda toyu olacaqmış. Nənəsi vəfat etdiyi üçün toy təxirə salınıbmış.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seçkilərin ilkin nəticələri açıqlandı - Video
Ombudsmandan seçkilərlə bağlı AÇIQLAMA
Gürcüstan AŞPA-da fəaliyyətini dayandırdı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU