Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118880
az

"Azərbaycan qlobal problemlərin həlli istiqamətində dəstəyini əsirgəmir" - Nazir

12:2726 Sentyabr, 2024
95
CƏMİYYƏT
  • A

Azərbaycan qlobal problemlərin həlli, müstəmləkədən əziyyət çəkən ölkələrin, vətəndaşların hüquqlarının qorunması istiqamətində dəstəyini əsirgəmir.

Oxu24.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda sentyabrın 26-da Bakıda keçirilən beynəlxalq konfransda səsləndirib.

Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə də fəal olduğunu diqqətə çatdıran M.Babayev Azərbaycanın noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladıb. Emissiya qazlarının miqdarının azaldılmasının Azərbaycanın 2030-cu il strategiyası üçün prioritet istiqamətlərdən olduğunu deyən nazir işğaldan azad edilmiş ərazilərin “Yaşıl enerji” zonası elan edildiyini də diqqətə çatdırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarda bu 3 meyvəni qətiyyən yeməyin - Diqqət!
1 həftə qaldı - 4 bürc pul yağışına tutulacaq
Çayın yanında iki dənəsini yeyin - Enerji verəcək

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı