Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118859
az

Gürcüstanın "Əbədi nazir"i istefa verdi

09:0026 Sentyabr, 2024
109
  • A

Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının hökumətindəki “Əbədi nazir” kimi tanınan Tea Tsulukiani mədəniyyət və idman naziri vəzifəsindən istefa verib.

OXU24.COM xəbər verir ki, bu barədə T.Tsulukiani özü məlumat verib.

“Sabah mənim nazir postunda son iş günümdür. Bundan sonra mən parlamentdə fəaliyyət göstərəcəm”, - Tsulukiani deyib.

T.Tsulukiani hakim partiyanın seçki siyahısında ilk onluqdadır.

Qeyd edək ki, Tea Tsulukiani Gürcü Arzusu hökumətinin ən təcrübəli naziri hesab olunur. O, 2012-ci ildə Baş nazir Bidzina İvanişvilinin kabinetində ədliyyə naziri olub. Sonra o, daha beş hökumət başçısının - İ.Qaribaşvili, G.Kvirikaşvili, M.Baxtadze, Q.Qaxariya və İ.Kobaxidzenin kabinetində nazir vəzifəsini daşıyıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA
Tramp Ukraynaya cavabdeh olanları niyə işdən çıxardı? -Radadan CAVAB

Tramp və Putinin gizli casus xətti: Məxfi görüşdə nələr razılaşdırılıb? -ŞOK DETALLAR