Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118830
az

Talibandan daha bir şok qadağa

18:0225 Sentyabr, 2024
68
DÜNYA
  • A

Əfqanıstanda hakimiyyətdə olan “Taliban”ın  əmiri Heybətullah Axundzadə “kafirlərə bənzədiyinə” görə qırmızı lentin kəsilməsi mərasiminə qadağa qoyub.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Independent Persia məlumat yayıb.

 

Qeyd olunur ki, bu, “əxlaq polisi”nin rəhbəri vəzifəsini icra edən Məhəmməd Xalid Hənəfin əmirə təqdim etdiyi şəriət nəzəriyyəsi ilə praktika arasında ziddiyyətlər paketindəki məqamlardan biridir. Əmir xalçada ayaqqabı geyməyə və qarışıq döyüş növlərinə də qadağa qoyub.

 

Əvvəllər Taliban kişilərə cins şalvar geyinməyi və dəbli saç düzümünü qadağan edirdi.

 

Avqustun sonunda qəbul edilən yeni qanunlar xarici görünüş və davranış baxımından “qeyri-müsəlmanları” təqlid etməyi qadağan etmək məqsədi daşıyır.

 

Belə ki, ölkə sakinləri dəbli saç kəsdirə, saqqallarını yumruqlarından qısa kəsə, cins şalvar geyinə bilməzlər. Bundan əlavə, indi kişilərə öz arvadlarından və ya qohumlarından başqa qadınlara baxmaq qadağandır.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bolqarıstan İsveçdə saxlanılan gəmi ilə bağlı vəziyyəti izləyir
Brüsseldə imza atıldı: İrəvan sülh müqaviləsi bağlamaqdan rəsmən imtina etdi -YENİLƏNDİ
Əl-Sisi Trampın planına qarşı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU