İsrail Hərbi Hava Qüvvələri Livanın şimalında Nəhr İbrahim çayının axdığı dərəyə hücum edib.
Oxu24.com xəbər verir ki, “Al Hadath” telekanalının məlumatına görə zərbələr əsasən xristianların yaşadığı Cbeyl əyalətindəki hədəflərə endirilib.
İsrail qırıcıları Batroun və Kesrouandakı dağlıq ərazilərə də raket zərbələri endirib. Media Livan Hizbullah hərəkatının silah-sursat anbarının yerləşdiyi Muaysara kəndində güclü partlayışın baş verdiyini bildirib. Təşkilat İsrailin Livanın xristian bölgələrinə hücumuna münasibət bildirməyib.
Bu yaxınlarda İsrail Hərbi Hava Qüvvələri Livanın katolik paytaxtı hesab edilən Zahle şəhərinin kənarına hücum edib.
Sentyabrın 17-də və 18-də Livanın müxtəlif bölgələrində peycer və telsizlərin silsilə partlayışlarından sonra Yaxın Şərqdə vəziyyət yenidən pisləşib. Ölkə hakimiyyəti hadisəni “İsrail təcavüzü” adlandırıb.
Sentyabrın 19-da İsrail Livan ərazisinə hava zərbələri endirməyə başlayıb. "Hizbullah"ın rəhbəri Həsən Nəsrullahın çıxışı zamanı intensiv atəşlər başlayıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR