Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118806
az

Zelenski Stoltenberqlə görüşüb

13:4925 Sentyabr, 2024
48
DÜNYA
  • A

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-da NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Ukrayna liderinin özü Telegram kanalında məlumat verib.

Zelenski Stoltenberqlə görüşü zamanı ona Şimali Atlantika Alyansının baş katibi olduğu müddətdə Ukraynaya göstərdiyi köməyə və Ukrayna ordusunun gücləndirilməsində göstərdiyi köməyə görə təşəkkür edib.

Görüş zamanı prezident və baş katib Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, Ukraynanın NATO-ya daxil olması ilə bağlı işlərin davam etdirilməsi, eləcə də Alyansın Vaşinqton sammitinin razılaşmalarının yerinə yetirilməsi zərurətini müzakirə ediblər.

Həmin gün Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə görüşüb.

Zelenski sentyabrın 23-də BMT Baş Assambleyasının 79-cu sessiyasının keçirildiyi Nyu Yorka gəlib. Siyasətçi qurumun bir sıra tədbirlərində iştirak etmək, həmçinin bir neçə əcnəbi həmkarı ilə danışıqlar aparmaq niyyətindədir. O, ABŞ prezidenti Co Baydenlə də görüşəcək.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Özbəkistan Prezidenti bu məqsədlə Moskvaya gedir
İsrail Prezidenti İran və Livan xalqlarına ÇAĞIRIŞ ETDİ -"NATO kimi ittifaq yaradaq"
Baş nazir dünyaya çağırış etdi

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı