Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118772
az

Britaniya Kiprə 700 əsgər göndərəcək

10:4425 Sentyabr, 2024
58
DÜNYA
  • A

Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasına qatılmaq üçün Nyu-Yorka yollanan Baş nazir Keir Starmer təyyarədə onu müşayiət edən jurnalistlərə açıqlamalar verib.

Oxu24.com xəbər verir ki, Starmer Livandakı Britaniya vətəndaşlarının dərhal ölkəni tərk etmələri çağırışını təkrarlayıb və bölgədəki vəziyyətdən narahatlığını ifadə edib.

Gərginliyin azaldılması və tərəflər arasında atəşkəsin yaradılmasının lazım olduğunu vurğulayan Starmer, İsrail və Livanı uçurumun kənarından geri dönməyə çağırıb.

Starmer İngiltərə hökumətinin vətəndaşlarını Livandan çıxarmaq üçün fövqəladə planlarını sürətləndirdiyinə diqqət çəkərək, Müdafiə Nazirliyinin mümkün təxliyə üçün Kiprdəki suveren bazalarına 700 əsgər göndərəcəyini bildirib.

Britaniyanın iki hərbi gəmisi artıq Cənubi Kipr sahilləri yaxınlığındakı ərazidədir və hər hansı təxliyə əməliyyatı əmri verildiyi təqdirdə istifadə ediləcək. Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlər də hazır vəziyyətdə saxlanılır.

Bildirək ki, İngiltərənin Kipr adasında "suveren baza" statusuna malik iki bazası var: Akrotiri (Ağrotir) və Dhekeliya (Dhekeliya).

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldır
Husilər ABŞ gəmisinə zərbələr endirdi
Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var