Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118762
az

Ərdoğan və Paşinyan Azərbaycanla sülh müqaviləsini müzakirə etdilər -FOTO/YENİLƏNDİ

09:0025 Sentyabr, 2024
83
SİYASƏT
  • A

Türkiyən Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

OXU24.COM  "Sputnik Türkiyə"yə istinadla xəbər verir ki, görüş zamanı Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib.

"Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası üçün Nyu Yorka səfər edən prezident Rəcəb Tayyib Ərdoğan “Türk Evi”ndə Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.

Bağlı qapılar arxasında keçirilən görüş zamanı Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına və iki ölkə arasında möhkəm dostluğun qurulmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib.

Prezident Ərdoğan Türkiyə ilə Ermənistan arasında ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə edildiyini bildirib və dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib", - Türkiyə Prezident Admnistrasiyasının yaydığı məlumatda deyilir.

Bundan əlavə, Paşinyan "Telegram" hesabında görüşlə bağlı paylaşım edib.

Paşinyan postunda hansı məsələlərin müzakirə olunduğu barədə heç bir təfərrüat açıqlamayıb. İclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və xarici işlər nazirinin müavini Vaan Kostanyan da iştirak ediblər.

Hüseyn İbadlı

xxx

00:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində Ermənistanın baş naziri Paşinyanla görüşüb.

OXU24.COM bu barədə "Sputnik Turkiye"yə istinadən xəbər verir.

Mətbuata qapalı keçirilən görüşlə bağlı hələlik heç bir açıqlama verilməyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ ölkələri BMT TŞ-nin təcili iclasını çağırır
"Hizbullah"ın yeni lideri kimdir? -DOSYE
Tramp uduzsa, görün nələr olacaq...

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı