Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118758
az

Müctəba Xameneinin atasından xəbərsiz addımı ÖLKƏNİ QARIŞDIRDI -VİDEO

23:3124 Sentyabr, 2024
55
DÜNYA
  • A

İranda dərs ilinin başlandığı gün, sentyabrın 22-də ölkənin ali rəhbərinin oğlu Müctəba Xameneinin qısa video müraciəti ölkə gündəminin əsas mövzularından birinə çevrilib.

OXU24.COM  xəbər verir ki, sözügedən çıxışda xeyli vaxtdır rəhbərlik üçün zəruri olan dini rütbə - Ayətullah titulu ilə təqdim olunan Müctəba Xamenei onlayn şəkildə tədris etdiyi fiqh və üsul üzrə xaric dərslərini dayandırdığını elan edib.

O, bu gözlənilməz qərarının səbəbləri barədə heç nə deməyib, üstəlik bu addımı atasından xəbərsiz atdığını vurğulayıb.

Müctəba Xamenei qeyd edib ki, onun bu qərarı müvəqqəti, yaxud daimi ola bilər və necə olacağı onun özünə də məlum deyil.

Qeyd edək ki, İran ali rəhbərinin övladları içərisində adı siyasətə qarışmış yeganə şəxs olan Müctəba Xamenei 15 ilə yaxın müddətdə şiə dini hövzələrində tədrisin ən ali səviyyəsi sayılan xaric dərsləri keçib və məlumatlara görə, onun bu ilki dərslərində iştirak etmək üçün qabaqcadan verilmiş elan əsasında 1600-dən çox tələbə qeydiyyatdan keçib.

Ətraflı "Azad İran" "YouTube" kanalının süjetində:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib
Almaniya Ukraynada səfərbərliyin niyə faydasız olduğunu açıqlayıb
Təl-Əviv və Moskva arasında uçuşlar normal rejimdə işləyir

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı