ABŞ-da Sovet Yak-50 təlim təyyarəsi Amerikanın özəl Beechcraft S35 Bonanza təyyarəsi ilə toqquşub.
Oxu24.com xəbər verir ki,Bu barədə Aviation Safety Network portalı məlumat yayıb.
Hadisə sentyabrın 20-də Kaliforniya ştatının Uotsonvil şəhərinin hava limanında baş verib. Portalın məlumatına görə, 1984-cü ildə istehsal olunan Yak-50 uçuş-enmə zolağında Amerikanın özəl Beechcraft S35 Bonanza təyyarəsinə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, sovet təyyarəsinə xeyli ziyan dəyib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR