Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118743
az

BMT-nin baş katibi Ukraynada sülhə çağırıb

17:4524 Sentyabr, 2024
61
DÜNYA
  • A

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ukraynada sülhə çağırıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə RİA Novosti məlumat yayıb.

 

Onun sözlərinə görə, Ukraynada münaqişə genişlənir, onun yumşalmasına dair heç bir əlamət yoxdur. Quterreş bunun əvəzini mülki şəxslərin həyatları və məhv edilmiş icmaları ilə ödədiyini vurğulayıb.

 

Onun fikrincə, BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və təşkilatın qətnamələrinə əsaslanacaq ədalətli dünyanın vaxtı çatıb.

Bir gün əvvəl Quterreş demişdi ki, Yaxın Şərqdən tutmuş Ukrayna və Sudana kimi dünyada münaqişələr çoxalır və tüğyan edir, sonu görünmür.

Sentyabrın 10-da Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb. Əsas hadisə sentyabrın 24-dən 30-a kimi, sentyabrın 29-da fasilə ilə baş tutacaq yüksək səviyyəli həftə olacaq. Onun zamanı ilk dəfə olaraq sülh və qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunacağı “Gələcək Sammiti” keçiriləcək. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək, onun çıxışı sentyabrın 28-də gözlənilir.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO