Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118723
az

Polis xəbərdarlıq atəşi açdı - Qaçmağa cəhd edən şübhəlilər saxlanıldı

14:2924 Sentyabr, 2024
55
KRİMİNAL
  • A

Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, sentyabrın 24-də saat 03:44 radələrdində Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin olduğu dövlət qeydiyyat nişanı 77-XS-413 “Toyota Prius” markalı avtomobilə polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Polisin qanuni tələblərinə məhəl qoymaraq hərəkətini davam etdirən avtomobil Nəsimi rayonu ərazisində maneyə dəyərək dayanıb, nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər.

Polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum olunmuş – 1991-ci il təvəllüdlü İsmayılov Bəxtiyar, 1980-ci il təvəllüdlü Əjdərov Əjdər saxlanılıblar. Ayağından xəsarət alan Ə.Əjdərov xəstəxanaya yerləşdirilib. 

Avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan heroin, psixotrop maddə olan metamfetamin, güclü təsiredici dərman preparatları aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı
Maşından oğurluq edən şəxs saxlanıldı
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinənlər tutuldu

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı