“Sabah” futbol üzrə Azərbaycan çempionatlarında 250-ci qolu vurub.
Oxu24.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının VII turuna təsadüf edib. Bakı derbisində “Səbail”lə görüşən “bayquşlar” səfərdə 4:2 hesablı qələbə qazanıb.
Matçdakı sonuncu qol qonaqlar üçün yubiley xarakteri daşıyıb. Bu topa Pavol Şafranko penaltidən imza atıb.
“Sabah” 250-ci qolu 183-cü oyunda vurub. Paytaxt təmsilçisinin ilk qolunu 2018-ci il avqustun 12-də Marko Deviç vurub. O, “Keşlə” ilə səfər qarşılaşmasında penalti ilə qələbə topuna imza atıb – 1:0.
Oxu24.com
ŞƏRHLƏR