Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
118707
az

Beynəlxalq axtarışda olan 6 nəfər Azərbaycana ekstradisiya edildi

12:5724 Sentyabr, 2024
47
KRİMİNAL
  • A

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Həbibov Orxan Afiq oğlu, Şirinov Elcan Akif oğlu, Süleymanov Zülfüqar Vahid oğlu, Vəliyev Arif Rasim oğlu və Səlimov Pərviz Rzavan oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Oxu24.com xəbər verir ki, bundan başqa, "Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Sadıqov Elmar Nadir oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. 

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Elmar Sadıqov Gürcüstan ərazisində saxlanılaraq 17.09.2024-cü il tarixdə, digər qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 23.09.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı
Maşından oğurluq edən şəxs saxlanıldı
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinənlər tutuldu

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı