Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, Türkiyənin ixrac etdiyi ölkələr arasında Almaniya birinci yerdədir.
Oxu24.com xəbər verir ki, rəsmi məlumata görə, Türkiyə ötən il Almaniyaya 21,1 milyard dollarlıq məhsul ixrac edib. Eyni dövrdə sözügedən ölkədən 28,7 milyard dollarlıq idxal edilib. Beləliklə, iki ölkə arasında ticarət həcmi 2023-cü ildə 50 milyard dollara yaxınlaşıb. Hədəf bu məbləği 60 milyard dollara çatdırmaqdır.
Bu kontekstdə iki ölkə arasında qarşılıqlı səfərlər zamanı yeni investisiyalar və ticarətin inkişafı üçün fikir mübadiləsi ön plana çıxır.
Almaniya prezidenti Frank-Valter Ştaynmayerin aprel ayında Türkiyəyə səfəri zamanı yeni əməkdaşlıq imkanları müzakirə olunub.
Miri
Oxu24.com
ŞƏRHLƏR